
Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi ilə bağlı araşdırma aparılır.
Qanuntv.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, fakt üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub.
Bundan başqa, hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə zəruri prosessual hərəkətlər həyata keçirilib.
İlkin məlumata əsasən, döl şəhər ərazisindəki zibil poliqonunda aşkarlanıb və ekspertizaya təqdim olunub.
Hazırda hadisənin hansı şəraitdə baş verdiyi, dölün poliqona necə atıldığı və bununla bağlı digər hallar araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.





