
Abşeron rayonunun Xırdalan şəhərində mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaq xəsarəti alıb.
Ağır xəsarət alan R.Abdullayev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, ona xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsində məlum olacaq.





