
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza Gədəbəy-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Niva” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 2003-cü il təvəllüdlü İ.Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri araşdırma zamanı müəyyənləşdiriləcək.





