
Bakıda minifutbolçu dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, minifutbol üzrə həvəskarlar liqasında çıxış edən Qiyas Babayev ötən axşam vəfat edib.
Məlumata görə, Qiyas Babayev paytaxtı təmsil edən “Mayak Nardaran” komandasının üzvü olub.
Onun vəfatı komanda yoldaşları və minifutbol ictimaiyyəti tərəfindən kədərlə qarşılanıb.
Qiyas Babayevin ölüm səbəbi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Qanuntv.az olaraq mərhumun ailəsinə, yaxınlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk.





