
ABŞ rəsmiləri avqustun 21-i axşam saatlarında Hörmüz boğazından hər iki istiqamətdə təxminən 40 neft tankerinin keçdiyini hesab edirlər.
Qanuntv.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri və İsrailin 12-ci Kanalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun ABŞ rəsmiləri arasındakı mənbələrinə istinadən bildirdiyinə görə, avqustun 21-i axşam saatlarında təxminən 40 tanker Hörmüz boğazından hər iki istiqamətdə, cənubdakı dərin su kanalından keçib.
Məlumata əsasən, həmin tankerlər vasitəsilə boğazdan ümumilikdə təxminən 16 milyon barel neft daşınıb.
Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biri hesab olunur. Buradan neft və digər enerji resurslarının böyük həcmdə daşınması regionda baş verən hadisələri qlobal enerji bazarı üçün də mühüm amilə çevirir.





