
Ukraynanın Zaporojye bölgəsində Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, 15 nəfər yaralanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye rayonuna yeddi zərbə endirib. Hücumlar nəticəsində yaşayış evlərinə ziyan dəyib.
İlkin məlumatda iki nəfərin öldüyü, aralarında bir uşağın da olduğu 15 nəfərin yaralandığı bildirilib.
Daha sonra İvan Fyodorov hücum nəticəsində daha bir nəfərin həyatını itirdiyini açıqlayıb. Bununla da ölənlərin sayı üç nəfərə yüksəlib.
Yaralanan 15 nəfərin sayında isə dəyişiklik olmayıb.
Hadisə ilə bağlı bölgədə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





