
Goranboy-Naftalan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı üç avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
QanunTV.az-ın APA-ya istinadən xəbər verir ki, qəza “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin iştirakı ilə baş verib. Toqquşmadan sonra “Mercedes” markalı avtomobildə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Qəza nəticəsində 2003-cü il təvəllüdlü X. Ələkbərov və 2004-cü il təvəllüdlü A. İbrahimov həyatını itirib. Hadisə zamanı bir neçə şəxsin xəsarət aldığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb və hadisənin səbəblərinin, eləcə də qəzanın başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Qeyd edək ki, qəza ilə bağlı aidiyyəti qurumların əməkdaşları hadisə yerində müvafiq tədbirlər həyata keçiriblər.





