
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlayır.
Qanuntv.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafı, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Prezident İlham Əliyevin dövlət səfərini işıqlandırmaq məqsədilə Azərbaycanın bir sıra media nümayəndələri də Özbəkistana yola düşüblər.
Səfərin Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağı bildirilir.





