
ABŞ Silahlı Qüvvələrinin İranla münaqişə zamanı xəsarət alan və həyatını itirən hərbçilərinin ümumi sayının 776 nəfərə çatdığı bildirilir.
Pentaqonun açıqladığı statistikaya əsasən, itkilərin böyük hissəsini xəsarət alan hərbçilər təşkil edir. Məlumatlara görə, münaqişə çərçivəsində ABŞ hərbçiləri arasında həm ağır yaralananlar, həm də həyatını itirənlər olub.
“Operation Epic Fury” çərçivəsində qeydə alınan itkilər ayrıca kateqoriyada hesablanıb. Daha sonra həyata keçirilən hərbi əməliyyatlar zamanı xəsarət alan və ölən hərbçilər isə ayrıca statistikaya daxil edilib.
Son açıqlanan məlumatlara görə, ABŞ ordusunun İranla münaqişədə ümumi itkiləri 700 nəfəri ötüb. Daha əvvəl Pentaqonun məlumatlarına istinad edən beynəlxalq media 774 hərbçinin öldüyünü və ya yaralandığını, onların 18-nin həyatını itirdiyini bildirmişdi.
Məlumatlara əsasən, xəsarətlərin əhəmiyyətli hissəsi travmatik beyin xəsarətləri ilə əlaqəlidir. Pentaqon isə itkilərin hansı şəraitdə baş verdiyi barədə bütün detalları açıqlamayıb.





