
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənddən Buxara şəhərinə gediblər.
QanunTV.az xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində dövlət başçısı və birinci xanım Buxaraya səfər ediblər.
Səfərin davamında Buxara şəhərində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi gözlənilir.





















