
Bu gün – 26 avqust Laçın Şəhəri Günüdür.
Qanuntv.az xəbər verir ki, Laçın Şəhəri Günü Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edilib.
Laçın Şəhəri Gününün təsis olunması şəhərin Azərbaycanın tarixində və milli yaddaşında xüsusi yerini bir daha diqqətə çatdırmaqla yanaşı, Laçının işğaldan azad edilməsinin əhəmiyyətini əks etdirir.
26 avqust tarixinin seçilməsi isə Laçın şəhərinin azad edilməsində mühüm mərhələ ilə bağlıdır. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olaraq şəhər üzərində nəzarəti tam bərpa edib.
Bu əlamətdar tarixdən etibarən hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.
Hazırda Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərin tarixi simasının qorunması və müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr icra olunur.
Laçın Şəhəri Günü şəhərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu, onun tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha xatırladan əlamətdar gündür.
Laçın Şəhəri Gününüz mübarək!





