
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.
QanunTV xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən müasir ictimai məkan yaradılacaq.
“Azərbaycan” parkının Yeni Daşkənddə salınması iki ölkə arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin daha bir rəmzi kimi qiymətləndirilir. Parkın gələcəkdə Azərbaycan və Özbəkistan xalqları arasında mədəni əlaqələrin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi gözlənilir.
Qeyd edək ki, Bakıda “Özbəkistan” parkının, Yeni Daşkənddə isə “Azərbaycan” parkının yaradılması iki qardaş xalq arasında çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın simvolik ifadəsidir.
Bu layihələr eyni zamanda Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə yeni inkişaf mərhələsinə yüksəldiyini və iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini nümayiş etdirir.







