• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bakı ilə Daşkənddən TARİXİ ADDIM: Müttəfiqlik yeni səviyyəyə yüksəlir [xfvalue_red]

24 Ağu, 26 - 08:00

Bakı ilə Daşkənddən TARİXİ ADDIM: Müttəfiqlik yeni səviyyəyə yüksəlir

Çoxvektorlu xarici siyasət kursu yürüdən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, xüsusilə Özbəkistanla əlaqələrin inkişafına verdiyi əhəmiyyət son illərdə daha aydın şəkildə özünü göstərir. Azərbaycanla Özbəkistanı birləşdirən çoxəsrlik ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, iki dövlət arasında formalaşmış yüksək siyasi etimad və qarşılıqlı dəstək münasibətləri də əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradıb.

Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri var. 1997-ci il iyunun 18-19-da onun Özbəkistana səfəri, keçirdiyi görüşlər və əldə olunan razılaşmalar iki ölkə arasında müasir münasibətlərin möhkəm təməlini formalaşdırıb.

Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı etimada əsaslanan münasibətlər Bakı ilə Daşkənd arasında siyasi dialoqun daha da dərinləşməsinə mühüm töhfə verib. Son illərdə dövlət başçıları arasında keçirilən qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə genişlənməsinə imkan yaradıb.

Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri də bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçiriləcək görüşlər və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olacaq.

2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura artıq iki ölkə arasında siyasi dialoqun əsas mexanizmlərindən birinə çevrilib. Şuranın ilk iclasının 2024-cü ildə Daşkənddə, ikinci iclasının isə 2025-ci ildə Bakıda keçirilməsi formatın ardıcıl və institusional xarakter aldığını göstərir.

Səfər çərçivəsində diqqət çəkən məsələlərdən biri də Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasının nəzərdə tutulmasıdır. Belə bir sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı etimad münasibətlərinin daha möhkəm hüquqi əsaslarla təsbit olunması baxımından mühüm siyasi əhəmiyyət daşıya bilər.

Azərbaycan və Özbəkistan yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, beynəlxalq və regional təşkilatlarda da fəal əməkdaşlıq edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı və digər platformalarda qarşılıqlı dəstək və siyasi dialoq iki ölkənin münasibətlərinin çoxşaxəli xarakterini nümayiş etdirir.

Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatında ölkəmizin iştirakının genişlənməsi də bunun göstəricisidir. Azərbaycanın regional əməkdaşlıq proseslərinə daha fəal cəlb olunması Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında siyasi və iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadi istiqaməti də xüsusi diqqət çəkir. Azərbaycanda 130-dan çox Özbəkistan şirkətinin fəaliyyət göstərməsi, onların bir qisminin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə cəlb olunması iki ölkə arasında iqtisadi münasibətlərin real layihələrlə zənginləşdiyini göstərir.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması, tranzit daşımaların həcminin isə 1,4 milyon ton təşkil etməsi iqtisadi əlaqələrin artan dinamikasını nümayiş etdirir. Xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq böyük potensiala malikdir.

Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Özbəkistanın isə Mərkəzi Asiyanın aparıcı iqtisadi mərkəzlərindən biri olması Bakı ilə Daşkənd arasında nəqliyyat və tranzit əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

İki ölkə arasında humanitar əlaqələr də sürətlə inkişaf edir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi və “Dostluq bağı”nın salınması Azərbaycan-Özbəkistan qardaşlığının yalnız siyasi və iqtisadi deyil, həm də humanitar müstəvidə real layihələrdə öz əksini tapdığını göstərir.

Mədəniyyət və təhsil sahəsində keçirilən qarşılıqlı tədbirlər, tələbə mübadiləsi və mədəniyyət günləri xalqlar arasında mövcud tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ənənəvi dostluq əlaqələri çərçivəsində qiymətləndirilə bilməz. Bu münasibətlər siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və regional əməkdaşlığı əhatə edən genişmiqyaslı strateji tərəfdaşlığa çevrilib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu inkişafın növbəti mühüm mərhələsi kimi diqqət çəkir. Səfər zamanı əldə olunacaq razılaşmaların və imzalanacaq sənədlərin Bakı ilə Daşkənd arasında münasibətlərin gələcək inkişafına yeni impuls verəcəyi gözlənilir.

Azərbaycan və Özbəkistan arasında mövcud siyasi etimad, ortaq tarixi-mədəni dəyərlər, qarşılıqlı iqtisadi maraqlar və regional məsələlər üzrə yaxın mövqelər iki ölkənin əməkdaşlığının bundan sonra da daha geniş miqyasda inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.

Bakı ilə Daşkəndin münasibətlərində yeni mərhələ artıq yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr, qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri və humanitar təşəbbüslərlə də öz təsdiqini tapır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
backend
Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH
backend
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH
backend
Azərbaycan Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə