
Şəki rayonunda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində avtomobildə olan 37 yaşlı Nurlan Həsrətov, 37 yaşlı Musa Mirzəyev və 36 yaşlı Rahim Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.





