
Daxili İşlər Nazirliyi (DİN) tələbələrə saxta kirayə mənzil elanları ilə bağlı xəbərdarlıq edib.
Nazirlik vətəndaşlara kirayə mənzil axtararkən diqqətli olmağı, mənzili görmədən və elanla bağlı məlumatları dəqiqləşdirmədən əvvəlcədən beh göndərməməyi tövsiyə edib.
DİN xüsusilə “ucuz qiymət”, “təcili beh göndərin” və bu kimi ifadələrlə vətəndaşları tələsdirən şəxslərə qarşı diqqətli olmağa çağırıb.
Vətəndaşlara kirayə mənzillərlə bağlı elanların həqiqiliyini yoxlamadan pul köçürməmək, qarşı tərəfin təqdim etdiyi məlumatları diqqətlə araşdırmaq tövsiyə olunur.
DİN bildirir ki, ehtiyatsızlıq nəticəsində vətəndaşlar dələduzluq hallarının qurbanına çevrilə bilərlər.





