
Bu gün Ağstafa rayonunun 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsində qazın verilişi dayandırılacaq.
Məlumata görə, Ağstafa rayonunda qaz təchizatı saat 10:00-dan, Gədəbəy və Tovuz rayonlarında isə saat 09:00-dan etibarən dayandırılacaq.
Qazın verilişinin dayandırılması təchizatla bağlı işlərin aparılması ilə əlaqədardır.
Aparılan işlər yekunlaşdıqdan sonra qaz təchizatının bərpa olunması nəzərdə tutulur.
Qazın verilişinin bərpa olunacağı dəqiq vaxt görüləcək işlərin yekunlaşmasından asılı olacaq.





