
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.
Yeni təyinatla Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin fəaliyyətinin təşkili və sosial xidmətlərin göstərilməsi istiqamətində rəhbərliyə dəstək verəcək.
Qanuntv.az





