
Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı başlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Qeydiyyat yalnız my.gov.az portalı üzərindən elektron qaydada həyata keçirilir.
Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin müəyyən edilmiş müddət ərzində qeydiyyatdan keçmələri tələb olunur. Müvafiq müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olunduqları ixtisas üzrə təhsil hüququnu itirə bilərlər.





