
Tovuz rayonunda ildırım çaxması zamanı yaranan qısaqapanma nəticəsində yaşayış evində yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində Kəmalə Qasımovaya məxsus ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb.
Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.







