
Bakıda oktyabrın 11-də beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyatın hərəkətinin təhlükəsiz və səmərəli idarə olunması məqsədilə təlim keçiriləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, təlimlə əlaqədar saat 08:00-dan 13:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək.
Təlim aşağıdakı küçə və prospektləri əhatə edəcək:
- Mehdi Hüseyn küçəsi;
- İstiqlaliyyət küçəsi;
- Neftçilər prospekti;
- Zərifə Əliyeva küçəsi;
- Üzeyir Hacıbəyli küçəsi;
- İzzəddin Həsənoğlu küçəsi;
- Yusif Səfərov küçəsi;
- Heydər Əliyev prospekti;
- Gülarə Qədirbəyova küçəsi;
- Niyazi küçəsi.
Sürücülərə oktyabrın 11-də qeyd olunan ərazilərdə hərəkət edərkən müvəqqəti məhdudiyyətləri nəzərə almaları və alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.





