
Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin məlumatına əsasən, görüşdə elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələlər müzakirə olunub, həmçinin bu istiqamətdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı müvafiq qurumlar arasında əlaqələndirmənin təmin edilməsi və işlərin irəlilədilməsi üçün atılmalı olan növbəti addımlara xüsusi diqqət yetirilib.
Tərəflər arasında keçirilən bu texniki müzakirələr TRIPP layihəsi çərçivəsində elektrik infrastrukturu ilə bağlı məsələlərin əlaqələndirilməsi baxımından əhəmiyyət daşıyır.




