
Bu ay Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə əmək pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Məlumata görə, qeyd olunan ərazilərdə yaşayan pensiyaçıların əmək pensiyaları ayın 14-dən gec olmayaraq ödəniləcək.
Rayonlarda qeydiyyatda olan pensiyaçıların əmək pensiyalarının isə ayın 20-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
Müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının ödənişinin isə ayın 23-dən gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulub.





