
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov həbs ediliblər.
Qanuntv.az xəbər verir ki, hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Məhkəmənin qərarı ilə Elvin Mahmudzadə və Səbuhi Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Onların həbsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. İş üzrə irəli sürülən ittihamlar məhkəmənin yekun hökmü ilə təsdiqlənənədək şəxslər təqsirsiz hesab olunurlar.
Qeyd edək ki, “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə 2023-cü ildə də həbs edilib.





