
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin ən azı müəyyən müddət ərzində Ermənistanda qalacağını bildirib.
Paşinyanın sözlərinə görə, Nəsimi Musayevlə bağlı cinayət işi üzrə hüquqi prosedurlar Ermənistan ərazisində həyata keçiriləcək. O, hazırda həbsdə saxlanılır.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Zəngəzur bölgəsində yerləşən Şəki kəndində saxlanılıb.
Ermənistan tərəfinin məlumatına əsasən, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə tərəfindən iki aylıq həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı araşdırma davam edir.





