
Nazirlər Kabineti nəqliyyat vasitələrinin duracaqları və qarajlarla bağlı qaydalara dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Daxili İşlər Nazirliyinin balansında olan mühafizə olunan duracaqlara nəqliyyat vasitələrinin gətirilməsi və həmin duracaqlarda saxlanılması üçün tutulacaq haqların məbləği İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiqlənəcək.
Dəyişiklik Nazirlər Kabinetinin 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”yə edilib.





