
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
Sammitdə Xəzər dənizinin ekoloji vəziyyəti, ətraf mühitin mühafizəsi və regionda ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.





