
Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyəti sənəddən irəli gələn məsələlərin həllini təmin etməlidirlər.
Beləliklə, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbi bundan sonra Ayköl Manasın adını daşıyacaq.





