
Eltəkin Ömərov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) Planlaşdırma, İcraya Nəzarət və İcmal şöbəsinin müdiri təyin olunub.
Müvafiq əmri ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov imzalayıb.
Qeyd edək ki, Eltəkin Ömərov bundan əvvəl Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin BMT-nin İnkişaf Proqramında layihə meneceri kimi fəaliyyət göstərib.





