
İstanbul Respublika Baş Prokurorluğunun Mərkəzi Hakimlər Komitəsinə (MHK) qarşı apardığı “Hakimlər işi” adlı istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qərarı verilib.
İstintaq çərçivəsində saxlanılan hər iki hakim məhkəməyə çıxarılıb və onların tutuklanmasına qərar verilib. Yasin Kol “şike və təşviq mükafatı”, Göktuğ Hazar Erel isə “rəsmi sənədlərdə saxtakarlıq” ittihamı üzrə tutuklanıb.
Qeyd edək ki, hər iki hakim İstanbulda aparılan istintaq çərçivəsində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.





