
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bir sıra ölkə rəhbərləri və hökumət nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Nazirlər Kabinetinin məlumatına görə, görüşlər forumun açılış mərasimi çərçivəsində baş tutub və geniş beynəlxalq iştirakla yadda qalıb.
Baş nazir aşağıdakı rəsmilərlə görüşlər keçirib:
Esvatini Kralı III Msvati
Mavriki Respublikasının Prezidenti Daramber Qoxul
İrakli Kobaxidze
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov
Zimbabve Respublikasının vitse-prezidenti Konstantino Çivenqa
Ukrayna baş nazirinin müavini Aleksey Kuleba
Slovakiya baş nazirinin müavini Tomaş Taraba
Görüşlər zamanı şəhərsalma, dayanıqlı inkişaf, regional əməkdaşlıq, enerji və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, WUF13 – Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası Bakı şəhərini beynəlxalq diplomatik və urbanistik dialoqun mərkəzinə çevirib və çoxsaylı dövlətlərin iştirakı ilə keçirilir.










