
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Esvatini Krallığının Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.









