
Azərbaycan Respublikasının Prezidenti aprelin 14-də Esvatini Krallığının və Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirlərini qəbul edib.
Qanuntv.az xəbər verir ki, Kolumbiyanın səfiri və Esvatinin səfiri etimadnamələrini dövlət başçısına təqdim ediblər.
Görüşlər zamanı Azərbaycanla hər iki ölkə arasında diplomatik münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin qurulması, humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərin yekununda qarşılıqlı münasibətlərin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri üzrə razılıq ifadə olunub.











