• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olunub [xfvalue_red]

8 Nis, 25 - 18:53

Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olunub


Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşüb.

Görüş geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb.

Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasına təkan verib ki, bu da əlaqələrin dinamik inkişafının təzahürüdür.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.

Ticarət-iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32%-dən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanmış, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub.

Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub.

Bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edildi, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulandı, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun və bununla yanaşı Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub. Bu marşrutların Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib. Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunulub. Vurğulanıb ki, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir.

Elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında ümumi ötürmə gücü 860 MVt olan 5 nöqtədə elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur, bu da enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.

Səfər zamanı həmsədrlər ikitərəfli layihələrin bir neçəsinin icra vəziyyəti ilə, həmçinin bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Tərəflər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşün sonunda cari ilin yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.
Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olunub
Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olunub

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
backend
İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik
backend
Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib
backend
İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB
backend
Əli Əsədov Moldovanın Baş naziri ilə GÖRÜŞÜB
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 124

XƏBƏR LENTİ

İlham Əliyev və Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:326 Eyl
Artezian quyusu qazan kişi faciəli şəkildə ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:206 Eyl
İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:156 Eyl
FHN-dən əhaliyə xəbərdarlıq: Güclü külək və sel təhlükəsi var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:046 Eyl
Ağdamda traktor minaya düşdü – sürücü xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:596 Eyl
Yəməndə qanlı toqquşmalar: 60-dan çox insan həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:516 Eyl
Türkiyəli məşhur aktyor evində ölü tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:446 Eyl
Girnə sahillərində batan gəmidə ölənlərin sayı 13-ə çatdı – 15 nəfər itkin düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:086 Eyl
Zelenski: Rusiya Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasını vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:575 Eyl
İstanbulda İqlim Maliyyəsi Sammiti keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:505 Eyl
“Sabah”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:455 Eyl
ABŞ BMT-də xəritə qətnaməsinin əleyhinə səs verən yeganə ölkə oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:425 Eyl
"Güzəştli mənzil" sistemi ilə satılan evlərlə bağlı dörd qurum birgə MƏLUMAT YAYDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:375 Eyl
Corcia Meloni İlham Əliyevə təşəkkür etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:345 Eyl
Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:275 Eyl
Bakıda yeni metro stansiyası “20 Sentyabr” adlandırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:255 Eyl
Vaqif Sadıqov Azərbaycanın İsveçrədə yeni səfiri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:155 Eyl
RƏHBƏR QÜDRƏT ƏLİYEV – PEŞƏKARLIĞI, SƏLİQƏLİ FƏALİYYƏTİ VƏ İŞGÜZAR YANAŞMASI İLƏ SEÇİLƏN MƏSUL ŞƏXS [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:275 Eyl
Azərbaycanda axtarışda olan şəxs Ukraynada saxlanıldı – EKSTRADİSİYA OLUNACAQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:104 Eyl
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:074 Eyl
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:044 Eyl
Sürücülərin NƏZƏRİNƏ: “Şamaxinka”da yol BAĞLANIR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:524 Eyl
İlham Əliyev Corcia Melonini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:494 Eyl
Nərimanov rayonunda 15 bina söküləcək – Ərazilər açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:114 Eyl
Qabriel Martinelli “Əl-Hilal”a keçdi – Transfer rekordu qırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:084 Eyl
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı DƏHŞƏTLİ İDDİA: “Faciənin qarşısını almaq mümkün idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:444 Eyl
Şuşada tarixi qayaları korlayan şəxslər saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:334 Eyl
“Formula-1”ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:184 Eyl
Rusiyada göbələk yığmağa gedən iki qadın ölü tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:393 Eyl
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:353 Eyl
Binəqədinin iki qəsəbəsində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:333 Eyl
Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:303 Eyl
Əhliman Əmiraslanov: “Tibb işçilərinin maaş artımı Azərbaycan səhiyyəsində yeni mərhələnin əsasını qoyur” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:283 Eyl
Elvin Cəfərquliyev əməliyyat olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:253 Eyl
Deputat: Mehriban Əliyevanın təşəbbüsü xaricdəki azərbaycanlı həkimlərin ölkəyə qayıdışını sürətləndirə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:223 Eyl
Estoniyanın yeni prezidenti seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:093 Eyl
Prezident İlham Əliyevdən tibb işçilərinə böyük diqqət – 72 mindən çox əməkdaşın maaş fondu artırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:023 Eyl
Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanovaya 3 il müddətinə cəza verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:593 Eyl
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:573 Eyl
SEPAH ABŞ-ın İordaniyadakı bazasına zərbə endirdiyini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:422 Eyl
Şamaxıda zəlzələ qeydə alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:402 Eyl
Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:382 Eyl
"Sabah" "Zenit"in futbolçusunu heyətinə qatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:322 Eyl
Ərdoğan: Türkiyə və Rusiya yeni AES-lərin inşası üzərində çalışacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:292 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə