
Gürcüstanın Marneuli bələdiyyəsinin Candar kəndindən olan 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.
Qanuntv.az xəbər verir ki, gəncin evdə olduğu zaman qəfil ürəyi dayanıb.
Məlumata görə, Azər Mehtiyev işləmək məqsədilə Polşaya gedibmiş. Onun vaxtsız vəfatı doğmalarını və yaxınlarını kədərə qərq edib.
Hazırda mərhumun nəşinin doğma Candar kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.
Allah rəhmət eləsin!





