
Oktyabrın 12-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kamboca Krallığının birinci xanımı Piç Çanmoni ilə görüşüb.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat verilib.
Görüş Azərbaycan ilə Kamboca arasında yüksək səviyyəli təmasların baş tutduğu, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfər etdiyi gün keçirilib.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanımı Piç Çanmoninin şərəfinə rəsmi nahar da təşkil olunub.
Görüşlə bağlı ətraflı məlumat və fotolarla Azərbaycan Prezidentinin rəsmi saytında tanış olmaq mümkündür.





