
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı və birinci xanım sərgilərdə nümayiş etdirilən məhsul və texnologiyalarla tanış olublar.
Sərgilərdə müdafiə sənayesi, hərbi texnologiyalar, daxili təhlükəsizlik, mühafizə və xilasetmə sahələrində müasir avadanlıqlar nümayiş etdirilir.











