
Azərbaycanın sahil müdafiə imkanlarının gücləndirilməsi istiqamətində yeni müqavilə imzalanıb.
Qanuntv.az xəbər verir ki, “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyənin ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında BARBAROS sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb.
Müqavilə Azərbaycanın sahil müdafiə imkanlarının daha da gücləndirilməsi və müasir müdafiə texnologiyalarının silahlanmaya daxil edilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi çərçivəsində imzalanan razılaşmanın ölkənin müdafiə qabiliyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.





