
Ukraynanın paytaxtı Kiyevə həyata keçirilən dron hücumu nəticəsində iki nəfər həlak olub.
Qanuntv.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, həlak olanlardan biri Azərbaycan vətəndaşıdır.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, həlak olan şəxsin nəşinin Azərbaycana gətirilməsi üçün ölkənin Ukraynadakı səfirliyi tərəfindən konsulluq yardımı göstərilir.
Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.





