
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycanda 34 776 nəfər heyvan dişləməsi ilə bağlı müraciət edib.
Qanuntv.az xəbər verir ki, həmin şəxslərdən birində quduzluq xəstəliyi qeydə alınıb.
Səhiyyə Nazirliyinin rəsmisi Rita İsmayılovanın sözlərinə görə, ölkədə quduzluq hallarının sayında azalma müşahidə olunur.
Qeyd edək ki, quduzluq heyvanlardan insanlara keçə bilən və vaxtında tibbi yardım göstərilmədikdə ciddi nəticələrə səbəb ola bilən virus xəstəliyidir.





