
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar.
Sərgilərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin məhsulları, innovativ texnologiyalar və yeni həllər nümayiş etdirilib.
Qeyd edək ki, “Caspian Agro Week” kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və təcrübə mübadiləsi baxımından mühüm platforma hesab olunur.
“InterFood Azerbaijan” isə qida sənayesində yeniliklərin təqdim olunduğu əsas beynəlxalq tədbirlərdən biridir.
Səfər çərçivəsində dövlət başçısı və ailə üzvləri sərgi pavilyonlarına baxış keçirərək iştirakçıların təqdimatları ilə tanış olublar.













