
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, Türkiyə Prezidenti “X” sosial şəbəkə hesabında paylaşdığı mesajında Qarabağın işğaldan azad olunması uğrunda mübarizə aparan şəhid və qaziləri ehtiramla yad edib.
“Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidentinin mesajı Azərbaycan-Türkiyə qardaşlığının və iki ölkə arasında mövcud həmrəyliyin növbəti ifadəsi kimi diqqət çəkib.





