
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Qanuntv.az xəbər verir ki, jurnalistin vəfatı barədə yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Əvəz Zeynallı bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Məlumata görə, jurnalist onkoloji xəstəlikdən müalicə olunurdu.
Onun vəfatı jurnalist həmkarları, media nümayəndələri və yaxınları tərəfindən dərin hüznlə qarşılanıb.
Qeyd edək ki, Əvəz Zeynallı Azərbaycan mediasında uzun illər fəaliyyət göstərib və jurnalistika sahəsində özünəməxsus fəaliyyəti ilə tanınıb.
Allah rəhmət eləsin.





