
Qanuntv.az saytı xəbər verir ki, sentyabrın 27-də axşam saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev telefon zənginə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə Türkiyə Prezidentinə təşəkkürünü ifadə edib.





