
Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin tam bərpa olunduğunu və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Qanuntv.az xəbər verir ki, Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili barədə danışıb.
Baş prokuror qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası təmin olunub. Həmin ərazilərdə fəaliyyət göstərən qurumların maddi-texniki bazası yenilənib və onların qarşıya qoyulan vəzifələri yerinə yetirməsi üçün müvafiq şərait yaradılıb.
Kamran Əliyev vurğulayıb ki, azad edilmiş ərazilərdə dövlət qurumlarının fəaliyyətinin təmin olunması həmin ərazilərdə hüquq və qanunçuluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





