
Ukraynadakı müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşağın Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, uşaqlar Azərbaycanda təşkil olunacaq düşərgələrdə yerləşdiriləcək.
Layihə çərçivəsində uşaqların təhlükəsiz şəraitdə istirahət etməsi, psixoloji və sosial dəstək alması, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq imkanlar yaradılacaq.
Qeyd edək ki, Azərbaycan daha əvvəl də Ukraynadan olan uşaqların ölkəyə gətirilməsi və onların düşərgələrdə yerləşdirilməsi istiqamətində humanitar təşəbbüslərdə iştirak edib.





