
Bakının Sabunçu rayonunda qadının qətlə yetirilməsi ilə bağlı hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. 48 yaşlı Mədinə Soltanova yaşadığı evdə öldürülüb.
Məlumata görə, qadın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri və digər hallar müəyyənləşdirilir.





