
Ağsu rayonunun Kalva kəndi yaxınlığında yerləşən dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və alovun söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Yanğının başvermə səbəbləri və ərazidə dəymiş ziyanla bağlı əlavə məlumat veriləcəyi gözlənilir.





