
Bakı şəhərinin Xətai rayonunda güclü yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində əməliyyat davam etdirilir.
Hadisənin başvermə səbəbləri, yanğının əhatə etdiyi ərazi və mümkün nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
Qeyd: Xəbərlə bağlı yeni məlumat daxil olduqca ictimaiyyətə çatdırılacaq.





