
Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən elektrik yarımstansiyasında yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən operativ şəkildə söndürülüb.
Hadisə nəticəsində bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.
Hazırda hadisənin səbəbləri və nəticələri ilə bağlı müvafiq araşdırmaların aparıldığı bildirilir. Elektrik enerjisinin verilişinin bərpası istiqamətində tədbirlər görülür.





