
Rusiyanın Altay diyarında qəbiristanlıqdan 96 ədəd qızılgüldən ibarət dəstə oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı həmin şəxs gülləri qəbir üzərindən götürərək onlarla şəkil çəkdirmək istəyib.
Zərərçəkmiş şəxs gülləri həyat yoldaşının məzarı üçün almaq məqsədilə aylar ərzində pul topladığını bildirib. Güllərin oğurlandığını aşkar etdikdən sonra polisə müraciət edib.
Aparılan araşdırma nəticəsində şübhəli şəxs müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarı ilə həmin şəxs iki il müddətinə şərti həbs cəzasına məhkum edilib.





